...

Azərbaycanlı deputatlar ABŞ Prezidentinin Beynəlxaq Mətbuat Günü münasibətilə söylədiyi fikirlərə etirazlarını bildiriblər

Siyasət Materials 8 May 2009 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan parlamentinin deputatları ABŞ Prezidentinin Beynəlxaq Mətbuat Günü münasibətilə söylədiyi fikirlərə etirazlarını bildiriblər.

"Prezident Barak Obamanın qərəzli münasibəti, hətta Azərbaycana qarşı obyektiv olmayan beynəlxalq təşkilatların hesabatlarında belə əksini tapmır", - deyə millət vəkili Qənirə Paşayeva bildirib.

Trend -un arayışı:  Mayın 1-də ABŞ Prezidenti Barak Obama Dünya Mətbuat Azadlığı Günü münasibətilə rəsmi bəyanat yayıb.

Obama bəyanatda Azərbaycanın adını çəkərək deyib ki, dünyanın hər yerində həbsdə olan və ya aktiv şəkildə təzyiqə məruz qalan jurnalist var. Bu cür hallar Azərbaycandan Zimbabveyə, Birmadan Özbəkistana, Kubadan Eritrayadəkdir.

Onun sözlərinə görə, Xarici Işlər Nazirliyi ABŞ-ın Azərbaycandakı səfirliyindən buna aydınlıq gətirilməsini tələb etməlidir.

"Azərbaycanda mətbuatın vəziyyəti Avropa və ABŞ-da olduğu kimidir, hətta yüksək səviyyədədir"- deyə YAP icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla strateji müttəfiq olan bir ölkə Prezidentinin münasibəti belə olmamalıdır.

"Ermənistandakı prezident seçkilərindən sonra 56 nəfər həbs olundu. Hətta İnternetin fəaliyyəti dayandırıldı. Amma ABŞ Prezidentinin açıqlamasında bununla bağlı heç bir fikir yoxdur", - deyə millət vəkili əlavə edib.

"Biz pis işləyirik. Bunu mən bir daha deməyə borcluyam", - deyə Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Onun sözlərinə görə, Milli Məclis deputatlarının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyəti çox zəifdir.

"Biz həm xaricdə, həm də daxildə mütəşəkkil olmalıyıq. Heç kimi danlamaq lazım deyil, işləmək lazımdır", - spiker vurğulayıb.

Əsədov qeyd edib ki, Obamanın bu açıqlamalarına baxmayaraq, Azərbaycan-ABŞ münasibətlərinə xələl gəlməyəcək.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti