...

Dövlət çevrilişinə cəhdə görə tutulan Kobaladze həbsxanada aclıq elan edib

Siyasət Materials 19 May 2009 18:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 may / Trend , müxbir N.Kirtsxaliya /

Dövlət çevrilişinə cəhddə ittiham edilən general Koba Kobaladze artıq 12 gündür ki, həbsxanada aclıq elan edib. Generalın vəkili Emzar Paksadze jurnalistlərə deyib ki, ilkin ehtiyat tədbirləri müəyyən edildikdən və Kobaladzeni 8 saylı həbsxanaya köçürəndən sonra o, aclıq elan edib.

Administrasiya aclıq barədə məlumatlandırıldıqdan sonra Kobaladze tibbi nəzarət altına alınıb. Vəkilin sözlərinə əsasən, hazırda generalın vəziyyəti qənaətbəxş deyil, 11 günlük aclıq onun səhhətinə pis təsir edib.

Bu gün Kobaladze Ombudsmana xüsusi müraciət ünvanlayacaq. Aclıqla bağlı Kobaladze beynəlxalq təşkilatları da məlumatlandırmaq niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti