...

Azərbaycan təhlükəsizliyin təminatçısıdır - NATO-nun məsul zabiti

Siyasət Materials 16 İyun 2009 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun / Trend müxbir C.Babayeva / 

NATO-nun Cənubi Qafqaz üzrə məsul zabiti Zbiqnev Rıbatski hesab edir ki, Azərbaycan təhlükəsizliyin təminatçısıdır. 

"Azərbaycanın NATO ilə münasibəti çox konstruktivdir. NATO respublika ilə əməkdaşlığından razıdır. Azərbaycan bir çox təhlükəsizlik təminatı əməliyyatlarında, məsələn, İraqdakı sülhməramlı əməliyyatlarda iştirak edir", - çərşənbə axşamı Bakıda jurnalistlərə Rıbatski deyib.
Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də çərçivə sənədin - "Sülh naminə tərəfdaşlıq" proqramının imzalanması ilə qoyulub. Azərbaycan ATƏT-ə üzv 27 dövlətin arasında bu proqramın iştirakçısı olan ilk ölkələrdən biridir. 
1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb və bu sənəd qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edib. Hazırda Azərbaycan proqrama müvafiq olaraq öhdəsinə qoyulmuş təqribən 50 tərəfdaşlıq vəzifəsini yerinə yetirir. 2005-ci ilin avqustunda Azərbaycan prezidenti "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə Fəaliyyət Planının təsdiq edilməsi haqqında" fərman imzalayıb. Hazırda əməkdaşlıq Fəaliyyət Planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir. 
"Azərbaycanın standartları Qərbinkinə yaxınlaşır", - Rıbatski bildirib. Bu bir çox sahələrə, əsasən də silahlı qüvvələr sahəsinə aiddir. Hərbçilərlə çox güclü iş aparılır. Bu, aylarla davam edən bir prosesdir, ancaq hesab edirəm ki, biz artıq irəliləyişə nail olmuşuq", - o əlavə edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti