Qırğızıstan öz ərazisini Əfqanistana qeyri-hərbi yüklərin tranziti üçün təqdim etməyə hazırdır. Bu barədə bu gün "24.kg" İnformasiya Agentliyinə eksklüziv müsahibəsində Qırğızıstanın xarici işlər naziri Kadırbəy Sarbayev bildirib.
"Dövlət başçısının tapşırığına müvafiq olaraq XİN rəhbəri maraqlanan nazirliklər və idarələr ilə birlikdə ABŞ Prezidenti Barak Obamaya cavab məktubunun tərkibi üzrə təkliflərin hazırlanmasına başlayıb", - o bildirib.
Onun sözlərinə əsasən, ABŞ tərəfi ilə konsultasiyalar aparılır.
"Hazırda konkret nəticələr haqqında danışmaq tezdir. Bircə onu əlavə etmək istərdim ki, biz Qırğızıstan ərazisindən Əfqanistana qeyri-hərbi yüklərin tranziti barədə razılığa gəlmişik", - deyə Sarbayev bildirib.