...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozublar

Siyasət Materials 30 İyun 2009 09:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir A.Axundov /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 29-da saat 15.15-dən 15.20-dək və 18.50-dən 19.02-dək Xocavənd rayonun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti