...

Gürcüstanda inzibati cəza müddətini başa vurmuş dörd müxalifətçi azadlığa buraxılıb

Siyasət Materials 8 İyul 2009 13:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 iyul / Trend , müxbir N. Kirsxaliya /

Gürcüstan radikal müxalifətinin fəallarından olan dörd gənc Tbilisi Polisi Baş İdarəsinin müvəqqəti saxlama təcridxanasından azadlığa buraxılıb. Onlar gənc hərəkat fəalları və siyasi partiya liderləri ilə görüşüblər.

Azad olunanlar "Niyə" hərəkatının liderlərindən biri David Paçaçiya, "Yeni qaydalar" gənclər təşkilatının üzvləri Kaxa Beitrişvili və Kaxa İordanişvili, "Gürcüstanın yolu" partiyasının gənclər təşkilatının fəalı Mamuka Baliaşvilidir. Onlar 25 günlük inzibati cəzanı başa vurublar.

"Bizim mübarizəmiz qanuna uyğundur və biz onu davam etdirəcəyik. İyulun 15-də baş verən hadisələr misli görülməmiş zorakılıq hərəkətidir. Biz bununla barışmayacağıq və Saakaşvili diktator rejimini məğlub edəcəyik", - Paçaçiya deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti