...

Avropa Komissiyası Gürcüstanda qanunun aliliyi layihəsini həyata keçirir

Siyasət Materials 15 İyul 2009 16:52 (UTC +04:00)
"Tbilisi Marriot" mehmanxanasında Avropa Komissiyasının "Gürcüstanda qanunun aliliyinə dəstək" layihəsinin prezentasiyası keçirilib
Avropa Komissiyası Gürcüstanda qanunun aliliyi layihəsini həyata keçirir

Gürcüstan, Tbilisi, 15 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Tbilisi Marriot" mehmanxanasında Avropa Komissiyasının "Gürcüstanda qanunun aliliyinə dəstək" layihəsinin prezentasiyası keçirilib.

Təqdimetmə mərasimində məhkəmə qərarlarını icrası, probasiya, hüquqi yardım üzrə nazir Dmitri Şaşkin, ədliyyə nazirinin birinci müavini Tina Burcaliani və Avropa Komissiyasının Gürcüstandakı missiyasinın başçısı səfir Per Eklund iştirak ediblər.

Şaşkinin dediyinə görə, Gürcüstanda Avropa demokratiyası qurulur ki, bu da qanunun aliliyini nəzərdə tutur.

Layihə probasiya və hüquqi yardım sahələrində görülən tədbirlərə yardım məqsədi ilə gürcü və xarici həmkarların sıx əməkdaşlığına əsaslanması baxımından vacibdir. "Layihə həmçinin Gürcüstanda cinayət qaydalarının dəyişdirilməsi məqsədi ilə idarələrarası koordinasiyaya xüsusi önəm verir", - nazir bildirib.

По заявлению посла Эклунда, этот проект нацелен на оказание содействия реформам министерства юстиции и министерства по исполнению наказания, пробации и юридической помощи.

Səfir Eklundun bəyanatına görə, bu layihə Ədliyyə Nazirliyi və Probasiya və Hüquqi Yardım nazirliyində islahatlar keçirməyə yönəlib

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti