Qırğızıstan paytaxtında mitinqlərin keçirilməsi planlaşdırılır - müxalifətin yeganə namizədi (ƏLAVƏ)

Siyasət Materials 23 İyul 2009 15:54 (UTC +04:00)

Qızğızıstan, Bişkek, 23 iyul / Trend , müxbir A.Tanayev /

Qırğızıstan paytaxtında planlaşdırılmış konsertlərdən sonra QSD Partiyasının baş ofisi qarşısında və Qorkov adına bağçada etiraz mitinqləri keçiriləcək. Onlardan biri saat 20:00-da, digəri isə saat 21:30-da keçiriləcək. Bu barədə mətbuat konfransında Qırğızıstan müxalifətinin prezidentliyə yeganə namizədi Almazbek Atambayev bildirib.

Atambayev daha sərt əks mövqedə olduğunu, hakimiyyəti tanımadığını və təkrar seçkilərin keçirilməsini tələb edəcəyini deyib.

Müxalifətin yeganə namizədi olan Atambayev mətbuat konfransında bildirib ki, 1000 nəfər seçkilərin keçirilməsinə etiraz əlaməti olaraq Balıqçı şəhərində toplanıb.

"Onlar baş verən qanunsuzluqlar və havaya atəş açılması ilə əlaqədar narahatçılıqlarını ifadə etmək üçün toplaşıblar. Polis kütlənin dağıdılması və mümkün iğtişaşların qarşınının alınması üçün güc tətbiq edib", - Atambayev deyib.

O, həmçinin bildirib ki, İssık-Kul vilayətinin Balıqçı şəhərində mitinqin dağıdılması zamanı parlamentin üzvü olan Sosial Demokratiya Partiyasının iki üzvü Kubanıçbek Kadırov və Mirbek Asanakunov həbs olunub.

Qızğızıstanda prezident seçkiləri keçirilir, bu seçkilərdə əsas namizədlər hazırki prezident Kurmanbek Bakiyev, Temir Sariyev və müxalifətdən olan yeganə namizəd Almazbek Atambayevdir.

Xəbər lenti

Xəbər lenti