Azərbaycanın dövlət başçısı İlham Əliyev şənbə günü Sinqapur Prezidenti Sellapan Rama Natanı milli bayram münasibətilə təbrik edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Təbrik məktubunda Prezident Azərbaycan ilə Sinqapur arasındakı münasibətlərin hər iki xalqın rifahı naminə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.