...

Azərbaycan Prezidenti Küveyt Əmirinə başsağlığı verib

Siyasət Materials 17 Avqust 2009 20:22 (UTC +04:00)
"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Küveyt xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", - başsağlığı məktubunda deyilir.
Azərbaycan Prezidenti Küveyt Əmirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Küveyt Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha ölkənin Əl-Cəhra şəhərində keçirilən toy mərasimində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti