...

Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi ilin sonuna qədər təyin olunacaq

Siyasət Materials 25 Avqust 2009 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust  / Trend , müxbir A.Hüseynbala /

Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi ilin sonuna qədər təyin olunacaq.

"Keçmiş həmməruzəçi Yevgeniya Jivkovanın yerinə bir neçə namizəd var, amma onlardan hansının yeni məruzəçi təyin ediləcəyi ilə bağlı hələ ki, konkret qərar qəbul edilməyib", - çərşənbə axşamı Trend -a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli bildirib.

Trend -un arayışı: Azərbaycan Avropa Şurasına 2001-cildə üzv olarkən müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün AŞ Monitorinq Komitəsi intensiv araşdırmalar aparır.

Jivkova iyununda Avropa Şurası Monitorinq Komitəsini Azərbaycan üzrə həmməruzəçisi vəzifəsindən gedib.

Hacıbəylinin sözlərinə görə, həmməruzəçinini təyin olunması Azərbaycanın istəyindən asılı deyil. 

"Əlbəttə, biz istərdik ki, həmməruzəçi Türkiyə, Gürcüstan və bizə yaxın olan digər dövlətlərin təmsilçilərindən biri olsun. Amma Monitorinq Komitəsində müzakirələr qapalı aparıldığından, həmməruzəçinin adı yalnız konkret qərar qəbul olunandan sonra açıqlanır", - millət vəkili əlavə edib.

AŞPA-dakı nümayəndə heyətinin üzvü deyib ki, Azərbaycan tərəfi Andress Qros kimi həmməruzəçinin təyin olunmasının qətiyyən arzulamır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti