Gürcüstan, Tbilisi, 01 avqust / Trend , müxbir N.Kirsxaliya /
Bazar ertəsi Krsanisdə Gürcüstan Silahlı Qüvvələrinin milli hazırlıq mərkəzində gürcü hərbçilərinin Əfqanıstanda beynəlxalq missiyanın yerinə yetirilməsinə hazırlanması üçün ISAF proqramı başlayıb.
Gürcüstanın Müdafiə nazirliyindən verilən məlumata görə, Gürcüstan SQ-nin 31-ci piyada batalyonu 6 aylıq intensiv hazırlıq kursu keçəcək, bundan sonra ISAF əməliyyatı çərçivəsində ABŞ-ın dəniz piyadalarının ekspedisiya briqadasının rəhbərlik etdiyi NATO əməliyyatlarında iştirak edəcək.
ABŞ-ın dəniz piyadaları konsultasiya və hərbi qruplarının rəhbərliyi altında Gürcüstan hərbçiləri qiyamın yatırılması hərbi əməliyyatları üzrə hazırlıq kursları keçəcəklər.
Dünən ISAF tədris kursunun açılış mərasimində ABŞ qrupunun rəhbəri polkovnik Skot Kotrel və quru qoşunlarının qərargah rəisi vitse-polkovnik Coni Tatunaşvili çıxış ediblər. Onlar Gürcüstan hərbçilərinə hazırlıq gedişində uğurlar arzu ediblər.
Polkovnik Kotrel gürcü hərbçilərinin Əfqanıstanda təhlükəsizlik və sülhün təmin edilməsinə hazır olduqlarını müsbət qiymətləndirib.
Məqalə müəllifi lə əlaqə ünvanı: [email protected]