...

"Reqnum" agentliyinin təbliğat xarakterli çıxışlarına Azərbaycan və Rusiya arasında nifaq salmaq cəhdi kimi baxmaq lazımdır - şöbə müdiri

Siyasət Materials 2 Sentyabr 2009 19:40 (UTC +04:00)
"Reqnum" informasiya agentliyi tez-tez özləri tərəfindən həyata keçirilən siyasət haqqında yanlış təsəvvürlər formalaşdıran yazılarla çıxış edir. Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov, dünən Prezident İlham Əliyevin sədrliyi altında keçirilən Türkiyə-Ermənistan razılaşmasına dair iclas haqqında"Reqnum" agentliyinin sonuncu yazısına belə şərh verib.
"Reqnum" agentliyinin təbliğat xarakterli çıxışlarına Azərbaycan və Rusiya arasında nifaq salmaq cəhdi kimi baxmaq lazımdır - şöbə müdiri

Azərbaycan, Bakı, 02 sentyabr / Trend /

"Reqnum" informasiya agentliyi tez-tez özləri tərəfindən həyata keçirilən siyasət haqqında yanlış təsəvvürlər formalaşdıran yazılarla çıxış edir. Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov, dünən Prezident İlham Əliyevin sədrliyi altında keçirilən Türkiyə-Ermənistan razılaşmasına dair iclas haqqında "Reqnum" agentliyinin sonuncu yazısına belə şərh verib.

Əgər sözügedən agentliyin Rusiyaya məxsus olduğunu nəzərə alsaq, "Reqnum" agentliyinin bu cür təbliğat xarekterli çıxışlarına Azərbaycan və Rusiya arasında nifaq salmaq, MDB ölkələrinin ictimai fikrini yanıltmaq cəhdi kimi baxmaq lazımdır. Bu kimi informasiya böhtanları iki dövlət başçısı tərəfindən həyata keçirilən, "Dostluq və starteji tərəfdaşlıq haqqında müqavilə"də öz əksini tapan siyasətin ziddinə gedir. İki ölkə arasında etibar və tərəfdaşlığa əsaslanan səmərəli qarşılıqlı münasibətlər qurulub.

Sentyabrın 1-də gedən yazıya dair məsələyə gəldikdə isə deyə bilərəm ki, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə təcili sürətdə (fövqəladə) iclas keçirilməyib. Azərbaycanın əldə olunan razılaşmalar və Türkiyə-Ermənistan sərhədlərinin açılmasının gələcək perspektivlərinə dair mövqeyi Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub. İkincisi isə, Azərbaycanın Vergilər Nazirliyinə Türkiyə kapitalı ilə fəaliyyət göstərən bütün təsərrüfat subyektlərində genişmiqyaslı yoxlamaların keçirilməsi ilə əlaqədar hər hansı bir tapşırığın verilməsi barədə yalan informasiya narahatlıq yaradır. Azərbaycan xarixi kapitalın öz vətənindəki kimi özünü rahat hiss etdiyi demokratik ənənələr ölkəsidir.

Dərin təəssüf hissi ilə demək lazımdır ki, Rusiyanın "Reqnum" informasiya agentliyi açıldığı gündən etibarən Azərbaycandakı prosseslərin işıqlanmasında, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində birtərəfli mövqe tutub. Faktların daima təhrif edilməsi, uydurmalar, ərazi bütövlüyü prinsipinə hörmətsizlik bu agentliyinin fəaliyyətinin əsas xətti olub.

Erməni lobbisi tərəfindən maliyyələşdirilən agentliyin rəhbərliyinin konkret olaraq ermənipərəst mövqeyi və "Rusiya və Ermənistana müstəqil Kürdüstan lazımdır" kimi şübhəli bəyanatlarla mütəmadi çıxışı təəccüb doğurur və qərəzsizlik siyasətinə tamamilə ziddir. Erməni təbliğatı tərəfindən hazırlanmış, nəyinki böhtan xarakterli, hətta Azərbaycanın dostluq və qarşılıqlı anlaşmaya əsaslanan qonşuları ilə olan münasibətlərin korlanmasına hesablanan bu tip nəşrlərin məqsədi bizə bəllidir.

Yuxarda qeyd olunanları nəzərə alaraq, "Reqnum" informasiya agentliyi rəhbərliyinin yalan, yoxlanılmamış və qərəzli informasiya dərc etdiyi üçün üzr istəməsini və təkzib verməsini tələb edirik. Ümid etmək istəyirik ki, gələcəkdə sözügedən agentlik müstəqil jurnalistika prinsiplərinə əməl edəcək və Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və təkmilləşdirilməsinə yönələn siyasət yürüdəcək.

Xəbər lenti

Xəbər lenti