Gürcüstan, Tbilisi, 04 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
"Demokratik hərəkat - Vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadze hakimiyyəti müxalifəti zəiflətməyə cəhddə günahlandırır. O, bu gün diplomatlarla görüşün sonunda bəyan edib ki, ölkə rəhbərliyi müxalifətin istənilən addımını şəxsi piyarı üçün istifadə edərək bununla da onu zəiflətmək istəyir.
"Müxalifət fəallarına qarşı fiziki və hüquqi terror davam edir", - Burcanadze bəyan edib.
O, terrorun maliyyə təzyiqi şəklində yeni hal alması ilə əlaqədar narahat olduğunu bildirib. Burcanadzenin sözlərinə görə, tədbirə diplomatlar da maraq göstəriblər, buna görə də daxili işlər naziri Vano Merabişvili ilə görüşlər əvvəl razılaşdırıldığı kimi davam etdirilməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]