Gürcüstan, Tbilisi, 11 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün səlahiyyət müddəti başa çatan Türkiyə səfiri Ertan Tezgörü "Şərəf" ordeni ilə təltif edib.
Saakaşvili səfirə Gürcüstanda gördüyü işlərə görə təşəkkürünü bildirib.
"Gürcüstan və Türkiyə arasında sərbəst ticarət rejimi fəaliyyət göstərir, əmtəə dövriyyəsi bir neçə dəfə artıb. Türkiyə və Gürcüstan arasında sıx siyasi və iqtisadi əməkdaşlıq münasibətləri var", - Saakaşvili deyib.
Səfir bu ordenin Gürcüstan-Türkiyə dostluğunun simvolu olduğunu söyləyib. O qeyd edib ki, Saakaşvilinin idraəçiliyi dövründə Gürcüstan öz inkişafında nəzərəçarpacaq dərəcədə irəliləyib.
"Demək istərdim ki, türk xalqı üçün Gürcüstan həmişə dost ölkələr sırasında olacaq", - Tezgör bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]