...

Azərbaycan Prezidenti əsaslı yenidənqurmadan sonra Bakıdakı Elitar Gimnaziya ilə tanış olub

Siyasət Materials 15 Sentyabr 2009 11:24 (UTC +04:00)
Azərbaycan Prezidenti əsaslı yenidənqurmadan sonra Bakıdakı Elitar Gimnaziya ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra Bakının Nəsimi rayonundakı Elitar Gimnaziya ilə tanış olub, çərşənbə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.

Sentyabrın 15-də - "Bilik günü"ndə Bakının Nəsimi rayonundakı elitar gimnaziya əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Mərasimə toplaşmış təhsil işçiləri, şagirdlər, valideynlər Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşılayıblar.

Dövlətimizin başçısı müasir standartlara uyğun əsaslı şəkildə yenidən qurulmuş gimnaziya ilə tanış olub. Məlumat verilib ki, Prezidentin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş gimnaziyada tədris üçün hər cür şərait yaradılmışdır. Məktəbdə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş, Azərbaycanın dövlət rəmzləri və tədrislə bağlı xüsusi guşələr yaradılıb.

Prezident ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, idman salonlarına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb.

Müəllimlərin iş şəratinin yaxşılaşdırıldığını, şagirdlərin yaxşı oxuması üçün gözəl imkanlar yaradıldığını bildirən Prezident İlham Əliyev yeni dərs ilinin başlaması münasibətilə məktəbin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti