...

Litva Azərbaycanla parlament sahəsində əməkdaşlığın yeni mərhələsinə hazırdır - vitse-spiker

Siyasət Materials 24 Sentyabr 2009 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 senytabr / Trend , müxbir T.Konyayeva /

Litva Azərbaycanla parlament sahəsində əməkdaşlığın yeni mərhələsinə hazırdır.

"Azərbaycana səfərin məqsədi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın yeni layihəsinə təşəbbüs göstərməkdir", - cümə axşamı Litva Seyminin vitse-spikeri Çeslovas Stankyaviçus Bakıda jurnalistlərə deyib.

Onun sözlərinə görə, Litva bu layihənin icra edilməsi üçün məhz özünün əsas namizəd qismində seçilməsini yüksək qiymətləndirib. "Layihə çərçivəsində biz Azərbaycan parlamentariləri və bizim nümayəndələrimiz arasında əməkdaşlığın yeni mərhələsinə başlamağı planlaşdırırıq. Biz azərbaycanlı parlamentarilərlə əməkdaşlıq imkanının yaranmasına çox şadıq", - Stankyaviçus deyib.

"Layihə çərçivəsində planlaşdırılan işlər Azərbaycanın tərəqqisi istiqamətinə yönəlib", - vitse-spiker deyib.

Litva Parlamentinin virse-spikeri çərşənbə günü axşam Bakıda olub. Dördgünlük səfəri zamanı Stankyaviçus parlament sədri Oqtay Əsədovla, parlament dostluq qrupunun üzvləri ilə, həmçinin Xarici İşlər və İqtisadi İnkişaf nazirliklərində görüşlər keçirməyi planlaşdırır. Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Bu gün Stankyaviçus Ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti