Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir C.Babayeva/
Türkiyə Böyük Millət Məclisinin spikeri Mehmet Əli Şahin Özbəkistan və Türkmənistanı Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TDPA) qoşulmağa çağırıb.
"Ümid edirik ki, TDPA-ya Özbəkistan və Türkmənistan da qoşulacaq. Bunun üçün bu ölkələr ilə əlaqələri genişləndirmək lazımdır", - Şahin çərşənbə axşamı TDPA-nın Bakıda keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə əsasən, türkdilli dövlətlərin yaxınlaşması ümumi problemlərin həllinə də xidmət edəcək.
"TDPA-nın növbəti iclasları oktyabrda Astana şəhərində keçiriləcək", - Türkiyə spikeri bildirib.
Çərşənbə axşamı Bakıda Azərbaycan Milli Məclisinin, Qazaxıstan Respublikası Parlamentinin, Qırğızıstan Joqorku Keneşinin və Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti üzvlərinin iştirakı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyasının plenar iclası keçirilir.