...

Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü çərçivəsində Naxçıvan Deklarasiyası imzalanıb

Siyasət Materials 3 Oktyabr 2009 16:41 (UTC +04:00)
Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün yekununa görə, şənbə günü Naxçıvan Deklarasiyası, həmçinin Türkdili Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına dair razılaşma imzalanıb.
Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü çərçivəsində Naxçıvan Deklarasiyası imzalanıb

Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün yekununa görə, şənbə günü Naxçıvan Deklarasiyası və həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqda razılaşma imzalanıb, bu haqda xəbəri AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan prezidenti İlham Əliyev, zirvə görüşünə yekun vuraraq, bildirib ki, növbəti müvafiq görüş 2010-cu ilin avqustunda Bişkekdə keçiriləcək.

Zirvə görüşündə çıxış edən Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev türkdilli dövlətlər arasında ikitərfli və çoxtərfli əlaqələrin möhkəmlənməsində böyük irəliləyiş olduğunu söyləyiblər. Onlar, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apararaq, əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada keçirilib. Prezidentlərin növbəti görüşləri 1994-cü ildə İstambulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstambulda və 2006-cı ildə Antalyada keçirilib.

Xəbər lenti

Xəbər lenti