...

Fələstin Administrasiyası BMT-də Qoldstounun məruzəsinin baxılmasına nail olmalıdır – Qanunverici Assambleyasının üzvü

Siyasət Materials 8 Oktyabr 2009 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

Hazırda Fələstin Milli Administrasiyasının qarşısında Riçard Qoldstounun Qəzzada keçirilən hərbi əməliyyatlarda İsrailin hərbi cinayətlər törətməsi haqqında məruzəsi baxımından öz səylərini cəmləməsi üzrə iki əsas məsələ durur. Bu barədə Fələstin Milli Administrasiyasının Qanunverici Assambleyasının üzvü Ziyad Əbu Əmr bildirib.

"Hazırda bu məruzəni baxılması üçün BMT Təhlükəsizlik Şurasına çıxarmaq lazımdır, eyni zamanda, fələstinlilərin məruzəyə səsvermədən imtina etməsinə səbəb olan səhvi düzəltmək lazımdır",- Trend -a Ramallahdan sabiq xarici işlər naziri Əbu Əmr bildirib.

"Fələstin Administrasiyanın Prezidenti Mahmud Abbas Qoldstounun məruzəsi üzrə səsvermənin ləğvi barədə sərəncam verməyib və buna görə də hazırda bu səhvi düzəltmək lazımdır", - Əbu Əmr bildirib.

Hakim Riçard Qoldstoun tərəfindən tərtib edilən məruzəyə əsasən, İsrail ordusu və Fələstinin HƏMAS hərakatının döyüşçüləri dinc əhaliyə qarşı hərbi cinayət törədib.

İsrail Qoldstoun komisisyasının çıxarışlarını qəbul etməkdən imtina edib və məruzəni qeyri-obyektiv adlandırıb.

Məruzə ətrafında həyəcan ərəb KİV-də Prezident Abbasın BMT-də məruzənin müzakirə edilməsinin ləğvi barədə qərarı ilə bağlı məlumat yayıldıqdan sonra daha da kəskinləşib. Əbu Əmrin sözlərinə görə, Prezident Abbasın belə bir sərəncam verməsi barədə yayılan informasiya əsası olmayan şayiələrdir.

Fələstin Administrasiyası üçün əsas məsələ Qoldstoun hesabatının Mərkəzi Assambleyada və BMT-nın İnsan Haqları Komitəsində baxılmasıdır.

O deyib ki, Fələstin Administrasiyası və ərəb ölkələri bu imkanı əldən buraxmamaq üçün bu istiqamətdə işlər görməlidirlər.

FMA-nın Qanunvericilik Assambleyasının üzvü onu da əlavə edib ki, Fələstin Administrasiyası həmçinin hesabata səs verməməklə səhv qərar verdiyini qəbul etməli və onu düzəltməlidir.

"Al Jazeera" telekanalının verdiyi məlumata görə, Fələstin Administrasiyasının Misirdəki keçmiş səfiri Nabil Əmr Qoldston hesabatına səsvermədən imtina olunduğuna görə Mahmud Abbasın məsuliyyət daşıdığını bildirir.

HƏMAS-ın Livandakı nümayəndəsi Üsamə Həmdan deyib ki, Abbas Qoldstoun hesabatına səsverməni ləğv etdikdən sonra HƏMAS-ın ona olan etibarını itirib.

RİA Novosti yazır: "Hesabatda deyilir ki, İsrail və Fələstinin HƏMAS qruplaşması arasında Qəzza sektorunda 2008-ci il dekabrın 27-dən 2009-cu il yanvarın 18-dək davam edən hərbi əməliyyatlarda 1,4 min adam öldürülüb".

Onun müəllifləri qeyd ediblər ki, hələ "Əridilmiş qurğuşun" əməliyyatına qədər İsrail Qəzza sektorunda blokada yaradıb, onu izolyasiya edərək bu rayonun əhalisini cəzalandırmışdı.

İsrail ordusunun hərbi əməliyyatları zamanı evlər, fabriklər, xəstəxanalar, polis məntəqələri və digər infrastruktur obyektlər məhv edilib. Sektorda davam edən blokadaya görə onların yenidən qurulması işləri təxirə salınır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti