Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü "Azərbaycan Dəmir Yolları" Qapali Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasi Prezidentinin bəzi fərmanlarinda və "2008-2015-ci illərdə Azərbaycan Respublikasinda Əhalinin Ərzaq Məhsullari ilə etibarli təminatina dair Dövlət Proqrami"nin təsdiq edilməsi haqqinda" 2008-ci il 25 avqust tarixli Sərəncaminda dəyişikliklər edilməsi barədə fərman imzalayıb, Azərtac Xəbər Agentliyi məlumat verir.
Qüvvədə olan bəzi qanunvericilik aktlarının "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli Sərəncamına uyğunlaşdırmaq məqsədi bir sıra qanunvericilik aktlarında "Azərbaycan Dövlət Dəmir Yolu" sözləri ismin müvafiq hallarında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.