Çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfəri başa çatıb, AzərTac dövlət informasiya agentliyinin məlumatında deyilir.
Beynəlxalq Bern hava limanında Azərbaycan Prezidenti və onun xanımını İsveçrənin yüksək vəzifəli şəxsləri yola salıblar.
Prezident İlham Əliyev həmin gün Bakıya qayıdıb.
Heydər Əliyev Beynəlxalq hava limanında dövlət başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov qarşılayıblar.