...

Azərbaycanın müxalifət bloku qərarını açıqlayacağı təqdirdə "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın fəaliyyətinə rəsmən xitam veriləcək

Siyasət Materials 31 Oktyabr 2009 12:53 (UTC +04:00)
“Biz hərəkat daxilində yaranan vəziyyəti bir neçə dəfə müzakirə etmişik. Yaranmış situasiya ilə bağlı ədalətli qərarımız açıqlanacağı təqdirdə “Qarabağ və Respublika Uğrunda Hərəkat”ın fəaliyyətinə rəsmən xitam veriləcək”, - şənbə günü Trend News-a hərəkatda və “Azadlıq “blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Azərbaycanın müxalifət bloku qərarını açıqlayacağı təqdirdə "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın fəaliyyətinə rəsmən xitam veriləcək

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu blok "Qarabağ və Respublika Uğrunda Hərəkat"la bağlı qərarını açıqlamaq istəmir.

"Biz hərəkat daxilində yaranan vəziyyəti bir neçə dəfə müzakirə etmişik. Yaranmış situasiya ilə bağlı ədalətli qərarımız açıqlanacağı təqdirdə "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın fəaliyyətinə rəsmən xitam veriləcək", - şənbə günü Trend -a hərəkatda və "Azadlıq "blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Ümid Partiyasının seçki komissiyalarındakı üzvlərinin geri çağırılmasını tələb edir. Ümid Partiyası isə Müsavat depuatat qrupu üzvlərinin mandatlarından imtina edəcəyi təqdirdə tələbin yerinə yetirələcəyini bəyan edib. Hər iki partiya arasında yaranan bu gərginlik hərəkat daxilində ciddi böhrana səbəb olub.

Əliyevin sözlərinə görə, hərəkatın taleyi həqiqətən "Azadlıq" blokundan asılıdır. "Amma qərarımızın açıqlanmaması siyasi prioritetlərimizdən irəli gəlir. Biz həlledici qüvvə olsaq da, müxalifətin birliklərinin dağıdılması kimi təcrübəmiz yoxdur", - partiya sədri əlavə edib.

Partiya sədri deyib ki, blokun hərəkatla bağlı qərarının açıqlanmamasının digər səbəbi gələcəkdə əməkdaşlığın yenidən bərpa olunmasının mümkünlüyü ilə bağlıdır.

"Biz düşünürük ki, bu potensial və imkanlar hələ tükənməyib. Biz həm də hesab edirik ki, hərəkatda təmsil olunan partiyalar arasındakı narazılıqlar yaxın zamanda həllini tapacaq və müxalifət daha da genişlənmiş tərkibdə fəaliyyətini davam etdirəcək", - Əliyev vurğulayıb.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi təsis ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti