...

Azərbaycan Parlamentinin deputatı Qətərdə korrupsiya əleyhinə tədbirdə iştirak edəcək

Siyasət Materials 6 Noyabr 2009 11:58 (UTC +04:00)
“Azərbaycan Parlamentinin deputatı Bəxtiyar Əliyev Qətərdə keçiriləcək BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına dair III iclas və Parlamentlərin Korrupsiya əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısında iştirak etmək üçün bu ölkəyə gedib”, - cümə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin deputatı Qətərdə korrupsiya əleyhinə tədbirdə iştirak edəcək

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı korrupsiya əleyhinə tədbirdə iştirak edəcək.

"Azərbaycan Parlamentinin deputatı Bəxtiyar Əliyev Qətərdə keçiriləcək BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına dair III iclas və Parlamentlərin Korrupsiya əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısında iştirak etmək üçün bu ölkəyə gedib", - cümə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Noyabrın 7-dən 13-dək keçiriləcək iclaslarda BMT-nin Korrupsiya əleyhinə Konvensiyasından irəli gələn məsələlərin üzv ölkələrdə həyata keçirilməsi, bu sahədə parlamentlərin rolu, əməkdaşlıq məsələləri və görülən işlər barədə fikir mübadiləsi aparılacaq. "Dünyanın bir sıra aparıcı ölkələrinin dəvət olunduğu tədbirdə Əliyev Milli Məclisdə korrupsiya əleyhinə qəbul edilmiş qanunlar və normativ hüquqi aktlar, onlara edilmiş dəyişikliklər haqqında ətraflı məlumat verəcək, bu barədə fikirlərini bölüşəcək", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti