...

Azərbaycan demokratik cəmiyyət sisteminin təkmilləşdirilməsi yolu ilə müasirləşmə mərhələsini keçir – Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Siyasət Materials 20 Noyabr 2009 12:03 (UTC +04:00)
Hazırda Azərbaycan demokratik cəmiyyət sisteminin təkmilləşdirilməsi yolu ilə müasirləşmə mərhələsini keçir, bu barədə cümə günü “Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri” mövzusundakı beynəlxalq konfransın açılışı zamanı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev bildirib.
Azərbaycan demokratik cəmiyyət sisteminin təkmilləşdirilməsi yolu ilə müasirləşmə mərhələsini keçir – Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir E.Ostapenko /

Hazırda Azərbaycan demokratik cəmiyyət sisteminin təkmilləşdirilməsi yolu ilə müasirləşmə mərhələsini keçir, bu barədə cümə günü "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" mövzusundakı beynəlxalq konfransın açılışı zamanı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev bildirib.

Cümə günü Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutu ilə birgə layihə çərçivəsində "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilir.

Nuriyevin sözlərinə əsasən, görüşün məqsədi Cənubi Qafqaz ölkələrinin sülhə və səmərəli əməkdaşlığa nail olması haqqında təhlil və müzakirələrdir.

"Bugünkü beynəlxalq konfrans bir daha Azərbaycanın beynəlxalq siyasətin diqqət mərkəzində yerləşməsini sübut edir", - o bildirib.

"Azərbaycan geostrateji nöqteyi-nəzərdən təkcə Cənubi Qafqazda deyil, eyni zamanda bütün postsovet məkanında mühüm ölkədir", - Nuriyev qeyd edib.

Tədbirdə məruzəçi, həmçinin ekspert qismində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutu , Ceymstaun Fondu (ABŞ), Cons Hopkins Universiteti (ABŞ), İrs Fondu (ABŞ), Avropanın Beynəlxalq Münasibətlər İnstitutu (Fransa), ABŞ-ın Atlantika Şurası yanında Avrasiya Energetika Mərkəzi, Aİ-nin təhlükəslik problemlərinin araşdırılması İnstitutu, Hamburq Universiteti (Almaniya), Moskvanın Beynəlxalq Münasibətlər Dövlət İnstitutunun postsovet araşdırmalar mərkəzi (Rusiya), Tehran Universiteti (İran), Strateji və Beynəlxalq Araşdırmalar Fondu (Gürcüstan), iqtisadiyyat və Texnologiya Universiteti (Türkiyə), dünyanın aparıcı "beyin mərkəzlərinin " rəhbərləri və elmi əməkdaşlarıiştirak edir.

Forumun işində həmçinin Azərbaycan hökumətinin və dövlətinin rəsmi şəxsləri, Milli Məclisin deputatları, ölkəyə akkreditə olunan beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin, ictimai və qeyri-hökumət təşkilatlarının rəhbələri, KİV rəhbərləri, həmçinin beynəlxalq münasibətlər sahəsində politoloq və ekspertlər iştirak edir.

Xəbər lenti

Xəbər lenti