...

Polşa Gürcüstana silahlı qüvvələrin təkmilləşdirilməsində kömək etməyə hazırdır

Siyasət Materials 27 Noyabr 2009 16:07 (UTC +04:00)
Polşa Gürcüstana silahlı qüvvələrin təkmilləşdirilməsində kömək etməyə hazırdır. Bu barədə Polşanın müdafiə naziri Boqdan Klix gürcü həmkarı Baço Axalaya ilə görüşdən sonra bildirib.
Polşa Gürcüstana silahlı qüvvələrin təkmilləşdirilməsində kömək etməyə hazırdır

Gürcüstan, Tbilisi, 27 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Polşa Gürcüstana silahlı qüvvələrin təkmilləşdirilməsində kömək etməyə hazırdır. Bu barədə Polşanın müdafiə naziri Boqdan Klix gürcü həmkarı Baço Axalaya ilə görüşdən sonra bildirib.

Görüş bağlı qapılar arxasında bir saatdan çox davam edib, sonra nazirlər mətbuat üçün qısa şərh veriblər.

Klix bildirib ki, Polşa Gürcüstana hərbi kadrların hazırlkanmasında kömək etməyə hazırdır. "Bizim yaxşı münasibətlərimiz var. Polşa Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir və bu yolda onun silahlı qüvvələrinə yardım göstərir", - o deyib.

Polşalı nazir bildirib ki, o, Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşüb və Gürcüstanın NATO-ya inteqrasiyası prosesində Polşanın köməyini müzakirə edib.

Axalaya hərbi sahədə Gürcüstan-Polşa əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib. "Biz Gürcüstanın NATO-ya inteqrasiyasını və bu yolda Polşanın yardım formalarını müzakirə etdik", - o deyib.

Görüşdən sonra iki ölkənin nazirləri Qəhrəmanlar meydanında Gürcüstan əraziləri uğrunda həlak olanların xatirəsinə əklil qoyublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti