...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki müsbət dinamika itirilməməlidir - İspaniyanın XİN rəhbəri

Siyasət Materials 19 Yanvar 2010 18:16 (UTC +04:00)
İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan prezidentlərinin mütəmadi görüşləri nəticəsində yaranan müsbət dinamikanın itirilməyəcəyinə ümidvar olduğunu bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki müsbət dinamika itirilməməlidir - İspaniyanın XİN rəhbəri

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir Y.Ostapenko/

İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan prezidentlərinin mütəmadi görüşləri nəticəsində yaranan müsbət dinamikanın itirilməyəcəyinə ümidvar olduğunu bildirib.

"Azərbaycan və Ermənistan prezidentlərinin davamlı görüşləri nəticəsində müsbət dinamika yaranıb ki, bunu da itirmək olmaz", - çərşənbə günü ATƏT-in daimi şurasında çıxış edən Moratinos deyib.

AzərbaycanErmənistan prezidentlərinin sonuncu noyabr görüşü il ərzində keçirilən görüşlərin altıncısı olub. Azərbaycan və Ermənistan prezidentlərinin əvvəlki danışıqları Kişinyovda, Moskvada, Sankt-Peterburqda və Praqada keçirilib. İlk danışıqlar 2008-ci ilin iyun ayında Sankt-Peterburqda keçirilib. İkinici görüş 2008-ci il noyabr ayının 2-də Moskvada, üçüncü görüş isə 2009-cu il yanvar ayının 28-də Sürixdə təşkil edilb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Təhlükəsizlik barəsində danışan Moratinos Gürcüstandakı vəziyyəti də qeyd edib. "Avropa İttifaqının Gürcüstanda misssiyası olsa da, ATƏT-in iştirakının bərpa edilməsi də daha yaxşı olardı", - o deyib.

Avropada təhlükəsizlik və stabilliyin möhkəmlənməsi, nazirin sözlərinə görə, real problemlərin həllinə kömək etməlidir.

"Bizim Avropada təhlükəsizlik və stabillik üzrə göstərdiyimiz səylər yerlərdə real problemlərin həllinə kömək etməyəcəksə, o zaman bunun heç bir dəyəri yoxdur", - Moratinos deyib.

Xəbər lenti

Xəbər lenti