...

Sabiq Baş nazir Zurab Noqaidelinin partiyası Gürcüstan azərbaycanlılarının partiyası ilə müqaviləni rəsmiləşdirib

Siyasət Materials 4 Mart 2010 16:57 (UTC +04:00)
"Ədalətli Gürcüstan uğrunda hərəkat" partiyası ilə "Gürcüstan naminə" partiyası arasında birgə siyasi fəaliyyət barədə müqavilə rəsmiləşib. Bu gün müqavilənin imzalanmasından sonra bildirildiyi kimi, partiyalar bələdiyyə, parlament və prezident seçkilərində birgə iştirak edəcəklər.
Sabiq Baş nazir Zurab Noqaidelinin partiyası Gürcüstan azərbaycanlılarının partiyası ilə müqaviləni rəsmiləşdirib

Gürcüstan, Tbilisi, 04 mart / Trend , müxbir N.Kirsxaliya/

"Ədalətli Gürcüstan uğrunda hərəkat" partiyası ilə "Gürcüstan naminə" partiyası arasında birgə siyasi fəaliyyət barədə müqavilə rəsmiləşib. Bu gün müqavilənin imzalanmasından sonra bildirildiyi kimi, partiyalar bələdiyyə, parlament və prezident seçkilərində birgə iştirak edəcəklər.

"Biz əməkdaşlıq haqqında müqavilə imzaladıq və bütün seçki peripetiyalarında birgə fəaliyyət göstərəcəyik. Etnik qruplar ölkədə təmsil olunduqları kimi hökümətdə də təmsil olunmalıdırlar. Mən şadam ki, bu müqavilə imzalanıb", - "Ədalətli Gürcüstan uğrunda hərəkat" partiyasının lideri Zurab Noqaideli deyib.

Gürcüstan prezidentliyinə keçmiş namizəd, Gürcüstan azərbaycanlılarını birləşdirən "Gürcüstan, Sənin üçün" partiyasının lideri Fazil Əliyev öz növbəsində qeyd edib ki, Noqaidelinin partiyasının siyası kursu onun üçün "qəbulediləndir".

"Buna görə də mən "Ədalətli Gürcüstan uğrunda hərəkat" partiyası ilə alyansa daxil olmaq qərarını qəbul etdim", - Əliyev deyib.

Əliyev qeyd edib ki, onun partiyası son zamanlar yaranıb. "Biz partiyanın idarə heyəti ilə Zurab Noqaidelinin partiyası ilə alyansa daxil olmaq barədə razılığa gəldik, belə ki, bu partiya müasir, nüfuzlu partiyadır və onun siyasi kursu bizim üçün "qəbulediləndir", - Fazil Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti