...

Türk dövlətləri parlamentləri Konqres komitəsinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz etməlidir - azərbaycanlı deputat

Siyasət Materials 5 Mart 2010 12:16 (UTC +04:00)
Türk dövlətləri parlamentləri ABŞ Konqresi Nümayəndələr Palatası Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nın tanınmasına dair qəbul etdiyi qətnaməyə etiraz etməlidirlər.
Türk dövlətləri parlamentləri Konqres komitəsinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz etməlidir - azərbaycanlı deputat

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Türk dövlətləri parlamentləri ABŞ Konqresi Nümayəndələr Palatası Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nın tanınmasına dair qəbul etdiyi qətnaməyə etiraz etməlidirlər. Trend -un məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva bildirib.

"Bu qətnamənin qəbulu təkcə Türkiyəyə deyil, bütün türk dövlətlərinə qarşı hörmətsizlikdir. Ona görə də bütün türk diasporu, türk dövlətlərinin parlamentləri bu məsələyə etirazlarını bildirməlidirlər", - Paşayeva deyib.

Trend -un arayışı: Erməni soyqırımı iddiası - Birinci Dünya Müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin kütləvi şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

"Bu qərar məntiqəuyğun deyil. Mən bu qərarı pisləyirəm. Bu, Türkiyə xalqı üçün heç bir məna kəsb etmir. Türkiyə bu səsvermənin mənfi nəticələrinə görə məsuliyyət daşımayacaq", - Türkiyə Prezidenti Abdullah Gül qətnamənin qəbulundan sonra bu bəyanatla çıxış edib.

"Biz bu qətnamə ilə bağlı qərarın əleyhinəyik və etirazımızı bildiririk", - Paşayeva deyib.

"ABŞ bununla Türkiyəyə qarşı təzyiq etməklə Ermənistanla sərhədlərin açılmasına nail olmaq istəyir", - deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti