...

Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində kütləvi məzarlıqda "Soyqırım memorial kompleksi" ucaldılacaq (FOTO)

Siyasət Materials 15 Mart 2010 12:40 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində kütləvi məzarlıqda "Soyqırım memorial kompleksi" ucaldılacaq. Kompleks erməni daşnak dəstələrinin Azərbaycan torpaqlarına təcavüzü və apardıqları kütləvi etnik təmizləmə nəticəsində ölkənin bir çox regionunda öldürülmüş on minlərlə adamın xatirəsinə həsr olunur. Bu barədə Fondun məlumatında bildirilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində kütləvi məzarlıqda "Soyqırım memorial kompleksi" ucaldılacaq (FOTO)

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində kütləvi məzarlıqda "Soyqırım memorial kompleksi" ucaldılacaq. Kompleks erməni daşnak dəstələrinin Azərbaycan torpaqlarına təcavüzü və apardıqları kütləvi etnik təmizləmə nəticəsində ölkənin bir çox regionunda öldürülmüş on minlərlə adamın xatirəsinə həsr olunur. Bu barədə Fondun məlumatında bildirilir.

XX yüzilliyin əvvəlində ən faciəvi soyqırım Azərbaycanın bir çox regionlarında törədilib. Faciə zamanı on minlərlə adam erməni vandalizminin qurbanı olub, doğma yurdlarından qovulub, bir çox qəsəbə məhv edilib.

Soyqırım faciəsinə məruz qalan regionlardan biri də Quba şəhəri və ona yaxın kəndlər olub.

1918-ci ilin aprel-may aylarında Qubada 122 kənd tamamilə məhv edilib.

Qanlı soyqırım zamanı xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi və digər millətlərin nümayəndələri zorakılığa məruz qalıblar.

Bu gün Quba qəbiristanlığında qanlı soyqırım qurbanları uyuyur.

"Soyqırım memorial kompleksi" erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, həmçinin, milli yaddaşın qorunması məqsədi daşıyır.

Heydər Əliyev Fondunun dəstəyi ilə işçi qrup yaradılıb. Qrupa daxil olan mütəxəssislər bu sahədəki dünya təcrübəsi əsasında kompleks layihəsinin eskizləri üzərində son işləri aparırlar.

Xəbər lenti

Xəbər lenti