...

Azərbaycan Prezidenti ATƏT PA-nın sədri Joao Suareşi qəbul edib

Siyasət Materials 15 Mart 2010 19:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti ATƏT PA-nın sədri Joao Suareşi qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirərək, bu səfərin əməkdaşlığımızın daha da genişlənməsi və regional inkişafa dair məsələləri müzakirə etmək üçün yaxşı imkan yaratdığını deyib.

ATƏT PA-nın sədri Joao Suareş ölkəmizin bu qurumdakı nümayəndə heyəti ilə səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Azərbaycana ötən səfərlərindən keçən dövr ərzində ölkəmizdə əldə edilən böyük inkişaf proseslərinin onda xoş təəssürat oyatdığını vurğulayan ATƏT Parlament Assambleyasının sədri Azərbaycanın öz təbii sərvətlərindən səmərəli şəkildə istifadə edilməsi işində ən nümunəvi ölkələrdən biri olduğunu qeyd edib. O, ölkəmizdə böyük işlərin həyata keçirilməsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb.

Dövlətimizin başçısı son illər təkcə Bakının deyil, Azərbaycanın bütün regionlarının da çox sürətlə inkişaf etdiyini bildirib. Ölkəmizdəki iri enerji layihələrindən əldə olunan gəlirlərin ədalətli şəkildə istifadə edildiyini vurğulayan Prezident İlham Əliyev regionlarda yaxşı investisiya şəraitinin yaradıldığını, biznes mühitinin yaxşılaşdırıldığını və iqtisadiyyatın bütün sahələrində uğurlu islahatların həyata keçirildiyini bildirib. Azərbaycanın çox sürətlə və uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ötənilki iqtisadi böhran ilində belə, ölkəmizin iqtisadiyyatının 9,3 faiz artdığını və bunun dünyada ən yüksək göstərici olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti