...

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fransaya gedəcək

Siyasət Materials 18 Mart 2010 11:56 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Elxan Nuriyev martın 29-da Fransaya səfərə yola düşəcək.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri 
Fransaya gedəcək

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fransaya gedəcək

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Elxan Nuriyev martın 29-da Fransaya səfərə yola düşəcək.

"Martın 31-də SAM-ın rəhbəri Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunda "Dağlıq Qarabağ timsalında Cənubi Qafqazda münaqişələrin həlli perspektivləri" mövzusunda keçiriləcək "dəyirmi masa"da əsas məruzəçi qismində iştirak edəcək", - cümə axşamı Trend -a mərkəzdən bildirilib.

Tədbirdə Fransa Parlamentinin üzvləri, tanınmış siyasətşünaslar, iqtisadçılar və bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri də iştirak edəcək. "Fransaya səfəri çərçivəsində Nuriyev Prezident Administrasiyası, parlament, XIN-in rəsmiləri və beyin mərkəzlərinin rəhbərləri ilə işgüzar görüşlər keçirəcək. Planlaşdırılmış görüşlər və çıxışlar çərçivəsində Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri ilə yanaşı, iki ölkənin analitik institutlarının elmi-tədqiqat sahəsində əməkdaşlığına aid regional əhəmiyyətli layihələr müzakirə olunacaq. Tədbirlərdə Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan - Avropa, əsasən də Azərbaycan - Fransa münasibətlərinin vəziyyəti və inkişafı perspektivləri barədə geniş fikir mübadiləsi aparılacaq", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti