...

Gürcüstan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

Siyasət Materials 19 Mart 2010 21:02 (UTC +04:00)
Martın 19-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Konstantin Qrişenko arasında tanışlıq xarakterli telefon danışığı olub.
Gürcüstan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

Gürcüstan, Tbilisi, 19 mart / Trend , müxbir N.Kirsxaliya/

Martın 19-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Konstantin Qrişenko arasında tanışlıq xarakterli telefon danışığı olub.

Gürcüstan XİN-in Mətbuat və Çap Departamentindən Trend -a deyildiyi kimi, danışıq zamanı Vaşadze öz həmkarını vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin, ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə mövcud əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər əməkdaşlığın gələcəkdə dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti