...

ABŞ Türkmənistanın narkotiklərə qarşı mübarizə üzrə xüsusi bölməsi üçün seminar keçirəcək

Siyasət Materials 25 Mart 2010 11:48 (UTC +04:00)
ABŞ səfirliyi ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə İdarəsinin ekspertləri ilə birlikdə Türkmənistanda bu ölkənin Narkotiklərə Qarşı Mübarizə üzrə Dövlət Xidmətinin (NQMDX) əməkdaşları üçün seminarların keçirilməsinə başlayıb.
ABŞ Türkmənistanın narkotiklərə qarşı mübarizə üzrə xüsusi bölməsi üçün seminar keçirəcək

Türkmənistan, Aşqabad, 25 mart / Trend , müxbir H.Həsənov/

ABŞ səfirliyi ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə İdarəsinin ekspertləri ilə birlikdə Türkmənistanda bu ölkənin Narkotiklərə Qarşı Mübarizə üzrə Dövlət Xidmətinin (NQMDX) əməkdaşları üçün seminarların keçirilməsinə başlayıb.

Press-relizdə deyilir ki, seminarlar AşqabadTürkmənabad şəhərlərində keçiriləcək. Əsas və irəliləmiş modulları əhatə edən seminarlar Narkotiklərə Qarşı Beynəlxalq Mübarizə və Hüquq Qaydaları Bürosu tərəfindən təşkil edilib və maliyyələşdirilib.

Əsas kurs narkotiklərin müəyyən edilməsini və testdən keçirilməsini, müşahidə, məxfi əməliyyatlar, müsahibə və dindirilmələrin aparılma qaydalarını, əməliyyatların planlaşdırılmasını, danosçularla iş və maliyyə istintaqını nəzərdə tutur.

Tədbirdə məqsəd NQMDX-yə narkotiklərə qarşı mübarizədə təhqiqat və əməliyyatlara dair baza biliklərinin verilməsidir.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Silviya Kurran seminarın açılması münasibətilə deyib ki, "Son vaxtlar biz narkotiklərin qanunsuz daşınmasına qarşı mübarizədə əməkdaşlığın qarşılıqlı faydasını görmüşük. Ümid edirik, narkotiklərə qarşı mübarizə, ixrac nəzarəti sahəsində əməkdaşlığı və sərhəd təhlükəsizliyinə dair müvafiq proqramları davam etdirəcəyik".

Xəbər lenti

Xəbər lenti