...

Səudiyyə Ərəbistanında "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində ikinci nəşrinin təqdimatı keçirilib

Siyasət Materials 29 Mart 2010 18:20 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunda Hidayət Orucovun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçirilib.
Səudiyyə Ərəbistanında "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində ikinci nəşrinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir A.Hüseynbala/

Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunda Hidayət Orucovun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçirilib. Bu barədə bazar ertəsi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Təqdimat mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan arasındakı əlaqələrin yaranmasında ümummilli lider mərhum Prezident Heydər Əliyevin və Səudiyyə Ərəbistanının mərhum Kralı Fəhd bin Əbdüləziz Al Səudun misilsiz xidmətlərini qeyd edərək deyib ki, ölkələrimiz arasındakı həmin dostluq və qardaşlıq münasibətlərinin inkişafına bu gün Azərbaycan Prezidenti İlham Əliyev xüsusi diqqət yetirir. Orucov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini birmənalı və davamlı şəkildə dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə və xalqına dərin minnətdarlığını bildirib.

Tədbirdə dost ölkənin məsul işçiləri, institut rəhbərliyi və professor-müəllim heyəti, elm mənsubları, ər-Riyadda akkreditə olunmuş diplomatlar və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev iştirak edib.

İnstitutun baş müdiri səfir-doktor Məhəmməd Uverdi "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində nəşrini və məhz rəhbərlik etdiyi elm-təhsil ocağında geniş oxucu auditoriyasına çatdırılmasını əlamətdar hadisə kimi qiymətləndirib.

"Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının əsas ideyası və onun ərəbdilli oxucuya çatdırılmasında məqsəd və vəzifələr iştirakçılara açıqlanaraq əlavə edilib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda tarixi tolerantlıq mühitinin qorunub saxlanmasında, "Azərbaycan dünyəvi dövlətdir, ancaq biz dinimizdən ayrı deyilik" dünyagörüşü üzərində qurulmuş və bu gün uğurla davam etdirilən dövlət-din münasibətləri sisteminin işlənib hazırlanmasında, həmçinin Azərbaycan xalqının özünəməxsus milli-mənəvi dəyərlərinin zənginləşdirilməsində Prezident Heydər Əliyevin müstəsna xidmətləri olub. Ona görə də bu möhtəşəm şəxsiyyətin milli-mənəvi dəyərlər sahəsindəki səmərəli fəaliyyəti barədə elmi-təcrübi mülahizələr İslam mentalitetini araşdıranlar və bu sahə ilə maraqlanan ərəbdilli oxucu üçün də əhəmiyyətlidir.

Xəbər lenti

Xəbər lenti