Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin olunub

Siyasət Materials 3 Aprel 2010 17:52 (UTC +04:00)
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti (YPX) şöbəsinə rəis təyin olunub. Azərbaycanın daxili işlər naziri Ramil Usubovun əmri ilə həmin vəzifəyə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidovun namizədliyi təsdiq olunub. Bunu DİN-in mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov Trend-ə bildirib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin olunub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir K.Zərbəliyeva/

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti (YPX) şöbəsinə rəis təyin olunub. Azərbaycanın daxili işlər naziri Ramil Usubovun əmri ilə həmin vəzifəyə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidovun namizədliyi təsdiq olunub. Bunu DİN-in mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov Trend-ə bildirib.

Usubovun digər əmrinə əsasən, polis polkovnik-leytnantı Kamran Əliyev ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

Xəbər lenti

Xəbər lenti