Azərbaycan, Bakı, 05 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın sabiq deputatı və Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü müxalifət partiyasına üzv olmaq niyyətindədir.
"Milli Məclisin keçmiş üzvü Yusif Bağırzadə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmaq üçün Siyasi Şurasya müraciət ünvanlayıb", - bazar ertəsi Trend-ə partiyanın mətbuat xidmətindən bildirilib.
Bağırzadə müraciətində qeyd edir ki, Azərbaycanın yenidən müstəqillik qazanması uğrunda başlanan Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri kimi bu prosesin uğurla sonuclanması üçün əlindən gələni əsirgəməyib.
"Müstəqilliyimizə nail olduqdan sonra isə uzun illər aktiv siyasətlə məşğul olmuşam. 1995-2000-ci illərdə millət vəkili seçilərək, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədr müavini kimi çalışmışam. 2003-2006-cı illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olmuşam", - sabiq deputat əlavə edib.
Keçmiş MSK üzvü bildirir ki, Azərbaycanda insan hüquqlarını təmin edən vətəndaş cəmiyyətinin inkişafı, dünya birliyi arasında Azərbaycanın nüfuzunun artırılması və bunun nəticəsi olaraq ölkənin beynəlxalq problemlərinin həlli üçün şəxsi təcrübəsini, potensialını və mənəvi hazırlığını nəzərə alaraq, peşəkar siyasətə qayıtmağa qərar verib: "Apardığım müşahidələr nəticəsində Azərbaycanda öz dayanıqlı və ardıcıl siyasi xətti ilə seçilən, hər cür intriqalardan uzaqda duran, millətin və xalqın maraqlarını öndə tutan, proseslərə nüfuz etmə gücünə malik, beynəlxalq səviyyədə tanınan siyasi partiya - Azərbaycan Milli İstiqlal Partiyasında siyasi fəaliyyətimi bərpa etməyimin daha məqsədəmüvafiq olduğu qənaətindəyəm. Ona görə də ümid edirəm, AMİP Siyasi Şurası mənim partiyaya qəbul olunmaq üçün etdiyim müraciətimə müsbət yanaşacaq", - Yusifzadə vurğulayıb.
АMİP 1992-ci ildə yаrаdılаn вə Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra, partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gedib.
Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.