...

Küveytin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsi sədrinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 10 Aprel 2010 13:30 (UTC +04:00)
Azərbaycana Küveytin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri Feysəl Musaid əl-Cəzzafın rəhbərliyi ilə nümayəndə heyətinin səfəri başlayıb.
Küveytin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsi sədrinin Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycana Küveytin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri Feysəl Musaid əl-Cəzzafın rəhbərliyi ilə nümayəndə heyətinin səfəri başlayıb.

"Küveytin dövlət komitəsinin sədri Feysəl Musaid əl-Cəzzaf gənclər və idman naziri Azad Rəhimovla görüşəcək, eyni zamanda, səfər proqramına uyğun olaraq Azərbaycan və Küveyt hökumətləri arasında idman və gənclər sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar", - şənbə günü Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində gənclər və idman sahəsində fikir mübadiləsinin aparılması, iki ölkə arasında əməkdaşlığın daha səmərəli inkişafını təmin etmək üçün əlaqələrin perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulub. "Bununla yanaşı, nümayəndə heyəti Quba, Qusar, Şağan olimpiya idman komplekslərində olacaq, güləş üzrə Avropa çempionatının açılış mərasimində iştirak edəcək, respublikanın bir sıra gənclər təşkilatlarının üzvləri ilə görüşəcək, Azərbaycanın tarixi məkanlarında olacaqlar", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti