Gürcüstan, Tbilisi, 13 aprel /Trend, müxbir N.Kirsxaliya/
Aprelin 10-da Gürcüstan Patriarxlığının Gelati Akademiyasının VIII elmi sessiyası zamanı Azərbaycanın Gürcüstandakı səfiri hüquq elmləri doktoru, professor Namiq Əliyev akademiyanın xarici üzvü seçilib.
"Bu, Azərbaycanın yüksək rütbəyə layiq görülmüş ikinci nümayəndəsidir", - Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat verir. Birinci nümayəndə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, mərhum professor Rövşən Mustafayev olub.
Müxtəlif vaxtlarda Almaniya, Fransa və Polşadan olan nümayəndələr Gelati Akademiyasının fəxri və xarici üzvü seçiliblər. İranın eks-prezidenti Məhəmməd Xatəmi də son seçkilər zamanı xarici üzv seçilib.
Gelati Akademiyasının əsası 1106-cı ildə Çar Qurucu David tərəfindən qoyulub.