AŞ PA sədrinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 13 Aprel 2010 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir R.Hafizoğlu/

Çərşənbə axşamı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlunun ilk dəfə olaraq Azərbaycana rəsmi səfəri başlayıb. Səfər aprelin 16-dək davam edəcək.

Çavuşoğlu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin spikeri Oqtay Əsədovla, xarici işlər naziri Elmar Məmmədyarovla, eləcə də parlamentdə təmsil olunan və təmsil olunmayan siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

O, həmçinin AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməli və Azərbaycan Dillər Universitetində çıxış etməlidir. Çavuşoğlu aprelin 15-də ölkənin ikinci böyük şəhəri Gəncəyə gələcək və burada yerli hakimiyyət nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti