Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində bildirib ki, 2010-cu il aprelin 10-da təyyarə qəzası nəticəsində faciəli surətdə həlak olmuş Polşa Prezidenti Lex Kaçinskinin, onu müşaiyət edən dövlət və hökumət nümayəndələrinin, ictimai-siyasi xadimlərin xatirəsi aprelin 18-də saat 15:00-da Azərbaycan Respublikasının ərazisində insanların və avtomobillərin hərəkətinin dayandırılması, gəmi və qatarların səs siqnallarının verilməsi ilə bir dəqiqəlik sükutla yad ediləcək.