Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin üzvü aprelin 19-da Almaniyaya səfərə gedəcək.
"Aprelin 20-də Ştutqart şəhərində Azərbaycanın fəxri konsulluğunun açılış mərasimində Almaniya Bundestaqı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Rövşən Rzayev də iştirak edəcək", - şənbə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Millət vəkili konsulluğun yerləşdiyi bina, orada çalışacaq əməkdaşların iş şəraiti ilə tanış olacaq, ölkəmizdə və regionda gedən ictimai-siyasi proseslərin dünya ictimaiyyətinə çatdırılması barədə fikirlərini açıqlayacaq.
Səfər aprelin 21-də başa çatacaq.