Dünya dini liderləri daha möhkəm mövqe tutmalıdırlar – ISESCO-nun baş katibi

Siyasət Materials 27 Aprel 2010 09:00 (UTC +04:00)
Dinlər arasındakı qarşıdurmanı aradan qaldırmaq və qarşılıqlı anlaşmanı dərinləşdirmək üçün dünya dini liderləri daha möhkəm mövqe tutmalıdırlar ki, bu da dini dialoqun yaxşılaşdırılmasına gətirib çıxaracaq. Bunu Təhsil, Elm və Mədəniyyət məsələləi üzrə İslam Təşkilatının (ISESCO) baş katibi Əbdüləziz İbn Osman əl-Tüveycri belə hesab edir.
Dünya dini liderləri daha möhkəm mövqe tutmalıdırlar – ISESCO-nun baş katibi

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir Ü.Sadıxova/

Dinlər arasındakı qarşıdurmanı aradan qaldırmaq və qarşılıqlı anlaşmanı dərinləşdirmək üçün dünya dini liderləri daha möhkəm mövqe tutmalıdırlar ki, bu da dini dialoqun yaxşılaşdırılmasına gətirib çıxaracaq. Bunu Təhsil, Elm və Mədəniyyət məsələləi üzrə İslam Təşkilatının (ISESCO) baş katibi Əbdüləziz İbn Osman əl-Tüveycri belə hesab edir.

"Dini liderlərin mövqelərinin gücləndirilməsi bugünkü problemlərin həllində siyasi liderlərə kömək edər", - Bakıda keçirilən dini liderlərin sammitində iştirak edən əl-Tüveycri deyib.

Onun sözlərinə görə, hazırda dini liderlərin sammitinin keçirilməsi çox vacibdir. Ona görə ki, dünya güclü böhran və problemlərlə üzləşib ki, bu da xalqlar və dövlətlər arasında münasibətlərin pisləşməsinə gətirib çıxarır.

"Bakıda keçirilən sammit dini amili qlobal problemlərin həllində, insanların həyat şəraitinin yaxşılaşdırılmasında və xalqlar arasında qarşılıqlı hörmətin artmasında mühüm amilə çevirə bilər", - ISESCO-nun rəhbəri deyib.

Əl-Tüveycrinin sözlərinə görə, mədəniyyətlərarası və dinlərarası problemlərdən biri bir nəfərin əməlinin simvol və ya dinin nümunəsi kimi ümumiləşdirilməsidir.

"Bu mənəvi səhvdir, ona görə ki, ayrı-ayrı şəxslər tərəfindən törədilən cinayətlər və pozuntular din və ya mədəniyyətlə heç cür bağlı ola bilməz. Buna görə də dinin daşıyıcılarını deyil, pozuntuya yol verənləri cəzalandırmaq lazımdır", - əl-Tüveycri deyib.

Xəbər lenti

Xəbər lenti