...

Azərbaycan Parlamentinin spikeri mayın sonunda Türkiyəyə rəsmi səfər edəcək

Siyasət Materials 13 May 2010 16:44 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov mayın sonunda Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə cümə axşamı Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
Azərbaycan Parlamentinin spikeri mayın sonunda Türkiyəyə rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov mayın sonunda Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə cümə axşamı Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Məlumata görə, mayın 20-dən sonra Əsədov Türkiyəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində spikerin Türkiyə Böyük Millət Məclisinin rəhbəri, bu ölkənin Prezidenti və Baş naziri ilə görüşü nəzərdə tutulub.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu cümə axşamı Trend-ə məlumatı təsdiqləyib.

"Azərbaycan Parlamenti spikerinin Türkiyəyə mayın sonunda rəsmi səfəri gözlənilir", - Təvəkküloğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti