...

Azərbaycan Prezidenti Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 20 May 2010 21:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Niyazinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

2012-ci ilin avqust ayında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun) anadan olmasının 100 illiyi tamam olur.

Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifələrini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az bir vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdir.

Xəbər lenti

Xəbər lenti