...

Azərbaycanın müxalif "Azadlıq" bloku icazəsiz aksiya keçirməyə cəhd edib

Siyasət Materials 5 İyun 2010 15:43 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının daxil olduğu "Azadlıq" bloku üzvlərinin şənbə günü icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb.
Azərbaycanın müxalif "Azadlıq" bloku icazəsiz aksiya keçirməyə cəhd edib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının daxil olduğu "Azadlıq" bloku üzvlərinin şənbə günü icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb.

Müxalifətçilər ilk öncə aksiyanı Bakıda "Nərimanov" kinoteatrının yaxınlığında keçirəcəklərini bəyan etsələr də, onlar bunu metronun "İçərişəhər" stansiyası yaxınlığında həyata keçirməyə cəhd ediblər. Lakin aksiya icazəsiz olduğundan, polis tərəfindən qarşısı alınıb.

"Azadlıq" blokunun "Nərimanov" kinoteatrının qarşısında mitinq keçirməsinə Bakı şəhər İcra Hakimiyyəti razılıq verməyib. Meriya aksiyanı Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüzdəki meydançada keçirməyi məsləhət görüb.

Xəbər lenti

Xəbər lenti