...

Yaxın günlərdə İndoneziya Azərbaycanda öz səfirliyini açacaq - səfir

Siyasət Materials 22 İyun 2010 12:07 (UTC +04:00)

Аzərbaycan, Bakı, 22 iyun /Trend, müxbir S.Ağayeva/

İndoneziya Azərbaycanda öz səfirliyini açacaq.

İndoneziyanın Azərbaycanda səfirliyini açması məsələsi rəsmi səviyyədə həll olunub, indi isə məsələnin maliyyə tərəfinə baxılır, - bu barədə çərşənbə axşamı Trend-ə Cakartadan telefon vasitəsilə Azərbaycanın bu ölkədəki səfiri İbrahim Hacıyev bildirib.

İndoneziyanın xarici işlər naziri büdcənin imkanlarını qiymətləndirir və yaxın günlərdə ölkə parlamentinə müraciət etməyi planlaşdırır. Bunu İndoneziyanın xarici işlər naziri Azərbaycan səfiri ilə görüşü zamanı təsdiq edib.

"Daha sonra məsələnin texniki tərəfləri həll olunacaq", - Hacıyev deyib.

Xəbər lenti

Xəbər lenti