Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Fransadakı, Müqəddəs Taxt və Monako Krallığındakı səfiri Elçin Əmirbəyov Monako Krallığının Şahzadəsi II Albertə öz etdimadnaməsini təqdim edib. Bu barədə çərşənbə günü Trend-ə səfir özü məlumat verib.
Etimadnamə təqdim edildikdən sonra diplomatın Şahzadə ilə görüşü olub. Görüş zamanı tərəflər Azərbaycan və Monako Krallığı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Azərbaycanın səfiri Monakonun rəsmi şəxsləri, Krallığın Xarici əlaqələr departamentinin direktoru Mirye Petit, diplomatik və konsulluq münasibətləri üzrə direktor Mari-Katrin Ravero ilə görüşlər keçirib. Səfir onlarla ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə gələcək inkişaf münasibətləri üzrə fikir mübadiləsi aparıb.
Azərbaycanlı diplomat Monako şirkətlərinin Azərbaycanda işgüzar fəaliyyəti ilə bağlı məsələləri Monakonun İqtisadi İnkişaf Palatasının İnvestisiya və həvəsləndirmə departamentinin baş direktoru Elizabet Ritter-Moati tərəfindən onun şərəfinə təşkil olunan nahar masası arxasında müzakirə edib.