RED: üçüncü abzasdan sonra səfərlə bağlı ətraflı məlumat əlavə olunub
Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Ü.Sadıqova/
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri avqustun 16-17-də baş tutacaq. Bu barədə Trend-ə Türkiyə Prezidentinin ofisindən bildiriblər.
Buradan qeyd ediblər ki, səfər proqramı hələ ki tam müəyyənləşməyib.
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın Trend-ə bildirdiyi kimi, Prezident Gül səfər zamanı Azərbaycan tərəfi ilə Dağlıq Qarabağ münaqişəsini və bir sıra ikitərəfli sənədləri müzakirə edəcək.
Trend-ə Xarici İşlər Nazirliyindən bildirdiklərinə görə, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu rəsmi səfər zamanı Prezidenti müşayiət etməyəcək.