Gürcüstan, Tbilisi, 13 avqust /Trend, müxbir N.Kirsxaliya/
Tbilisinin rayonlarının birində - Sanzonada cümə günü partlayış baş verib. Yaşayış binalarının həyətlərinin birində naməlum şəxslər əl qumbarası partladıblar.
Partlayış səhərə yaxın baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb, yaşayış binasının bir hissəsi və yaxınlıqdakı ticarət çadırı zədələnib.
Müvafiq qurumlar tərəfindən araşdırma aparılır.